İdeal masajın insana inanılmaz FAYDALARI


Digərləri 04 Dek 2019 23:38:00 133 0

İdeal masajın insana inanılmaz FAYDALARI

Masaj rahatlaşmaq ehtiyacı duyan və yorğunluğunu atmaq istəyən hər kəsin ağlına gələn ilk alternativdir. Masaj həm də bədən üçün bir neçə dəqiqəlik xoşbəxtlik deməkdir. Ağrıyan kürək, boyun və sıxılmış əzələlər üçün, yəqin ki, masajdan daha gözəl hədiyyə ola bilməz. Masaj bir müddətə də olsa, dünyadakı bütün stress və gərginliyi uzaqlaşdıran fiziki, zehni və ruhi təmizlənmə, rahatlıq fasiləsidir.

Son.az medicina.az-a istinadən bildirir ki, masaj 45-70 dəqiqəyə yaxın edilməlidir. Masaj həm müalicə məqsədilə, həm də bədəni rahatlaşdırmaq üçün edilir. Sığallamaq, ovmaq, yoğurmaq, titrətmə kimi rahatladıcı texnikalarla edilən masaj müalicə məqsədi ilə deyil, əzələlərin sakitləşməsi, zehni və ruhi baxımdan istirahət, stressdən çıxmaq və sadəcə kef məqsədli həyata keçirilir.

Masajın faydaları

-İmmunitet sistemini gücləndirir

-Qan dövranını tənzimləyir

-Metabolizmi sürətləndirir

-Həzm və ifrazat sistemini yaxşılaşdırır

-Yağ yandırılmasını sürətləndirir

-Şiş ölçüsünü azaldır

-Əzələləri boşaldır

-Yuxu rejimini yaxşlaşdırır

-Stress və yorğunluğu aradan qaldırır, ruhu cəhətdən insanı sakitləşdirir