Keltiber mədəniyyətinə məxsus nadir tapıntılar İspaniyaya qaytarılıb


Digərləri 04 Dek 2019 23:23:00 145 0

Keltiber mədəniyyətinə məxsus nadir tapıntılar İspaniyaya qaytarılıb

Arxeoloji qazıntılar zamanı tapılmış kelt-iber mədəniyyətinə məxsus 7 ədəd dəbilqə (eramızdan əvvəl IV-II əsrlər) 30 ildən sonra İspaniyaya qaytarılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qazıntı işləri ötən əsrin 80-ci illərində İspaniyanın Zaraqosa əyalətində aparılıb. Tapılmış dəbilqələr müxtəlif yollarla İngiltərə və İsveçrəyə aparılaraq hərraca çıxarılıb.

Zaraqosada tapılan eksponatlar çox nadir əşya sayılır. Belə ki, bu günədək İspaniyada həmən dövrlərə aid belə bir hərbi materialdan hazırlanmış döyüş geyimləri rast gəlinməyib.