Sabunçuda iki maşın toqquşub, xəsarət alan var
Sosial 04 Dek 2019 23:03:34 131 0
Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakıda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, qəzada 49 yaşlı Süleymanov Bahadur Bəhlul oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.
Mənbə: report.az