Cennifer Lopezin valehedici ÇIXIŞI FOTO


Digərləri 04 Dek 2019 22:35:00 139 0

Cennifer Lopezin valehedici ÇIXIŞI  FOTO

50 yaşlı pop kraliça Cenifer Lopez cəlbedici çıxışı ilə diqqət çəkib.

Son.az xəbər verir ki, Nyu-Yorkda 29-cu dəfə "Gotham" Müstəqil Film Mükafatları sahiblərinə təqdim olunub. Mərasimin qonaqları arasında Cennifer Lopez və sevgilisi Aleks Rodrigez, Uma Turman, Olivia Uayld, Elizabet Moss və digər məşhurlar olub.

Əsas mükafat "Evlilik Hekayəsi" filminə verilib - "Ən yaxşı film" və "Ən yaxşı ssenari" nominasiyalarını qazanıb, eyni zamanda "Amerika fabriki" ekran işi "Ən yaxşı sənədli film" seçilib.

"Evlilik hekayəsi" filmində rol alan Adam Drayver "Ən yaxşı aktyor" , "Vida" filmindəki roluna görə isə Akvafina "Ən yaxşı aktrisa" adına layiq görülüb.