Ağ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb


Dünya 04 Dek 2019 22:19:03 103 0

Ağ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb

ABŞ paytaxtı Vaşinqtonda Ağ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb

ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəyerləşənAğ Evin binasında yanğın xəbərdarlığı sistemi işə düşüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, həyacan siqnalı mətbuat nümayəndələri üçün nəzərdə tutulan ərazidə qeydə alınıb.

Nəticədə Ağ Evdə və yaxınlıqda yerləşən Eyzenhaur inzibati binasında olan şəxslər də təxliyyə edilib.

Məlumata görə, xəbər yalan çıxıb. Binalar yoxlanıldıqdan bir neçə dəqiqə sonra təxliyyə edilənlərin öz yerlərinə qayıtmasına icazə verilib.