"Xalça diyarına səyahət" uşaq festivalı keçiriləcək


Digərləri 04 Dek 2019 22:15:00 177 0

"Xalça diyarına səyahət" uşaq festivalı keçiriləcək

Dekabrın 7-si və 8-i Azərbaycan Milli Xalça Muzeyində "Xalça diyarına səyahət" uşaq festivalı keçiriləcək. Muzeyin Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş festival iştirakçıları üçün əyləncəli viktorina, nağıl qəhrəmanları ilə kvest oyunu, ustad dərsləri təşkil olunacaq, onlara kukla tamaşaları göstəriləcək.

Sürprizlərlə dolu festivalda uşaqlar möhtəşəm karnaval, Transformers Bumblebee şou sevinci yaşayacaq, atəşfəşanlıqdan zövq alacaq, müxtəlif hədiyyələr qazanacaqlar.

Festival günlərində Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin əməkdaşları, "Gülsam" Əlillərin Reabilitasiya İctimai Birliyi, Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirə qatılan uşaqlar xəyallarından silinməyəcək festival həyəcanı yaşayacaqlar!

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Azərbaycan Milli Xalça Muzeyinin

 Uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş

"Xalça diyarına səyahət" uşaq festivalı

Festival: "Journey to Carpetland"

Proqram

7 dekabr

10:30- Açılış

1 nömrəli  Uşaq - Gənclər İnkişaf  Mərkəzinin rəqs kollektivinin çıxışı

Üzeyir Hacıbəylinin ev muzeyinin nəzdində "Nur" uşaq xor studiyası kollektivinin çıxışı. Bədii rəhbər: Mələk Vəlizadə. 11:00-17:00 Azərbaycan Milli Xalça Muzeyi Uşaq şöbəsinin dərnək      üzvlərinin rəsm və xalçaçılıq  üzrə əl işlərindən ibarət sərgi (Sərgi salonu) 11:30-12:00 Nağıl qəhrəmanları ilə kvest oyunu (10-15 uşaq) (Azərb. dilində) - 10 AZN 11:30-12:00 Viktorina - (foye) 12:00-12:40 

-  "Mehriban" vokal qrupunun çıxışı - (III mərtəbə)

-   Uşaqların hədiyyələrlə təltif olunması.

-   Uşaq şöbəsinin teatr dərnəyi üzvlərinin "Xalçaların bəhsi" tamaşası (III mərtəbə)

13:30-14:00 Kukla teatrı "Məlikməmmədin nağılı" (ing. dilində) - 3AZN 14:00-15:00 Memar Elçin Əliyevlə görüş - kitab təqdimatı (III mərtəbə) 14:00-15:30 Ustad dərsləri (Konfrans zalı)

1. Suvenir xalça - 5AZN

2. Şəddənin toxunması - 5 AZN

3. Qar adamı yumşaq oyuncağı - 5 AZN

4. Yeni il açıqçası-3 AZN

5. Boşqabları bəzə-7 AZN

6. Yeni il şirniyyatı-3 AZN

7. Boşqabın bəzədilməsi-7 AZN

8. Yumşaq oyuncaq-5 AZN 

15:00-16:00 Kvest oyunu (ing. dilində) - 10 AZN 15:00-16:00 Gülzar İbrahimova ilə nağıl saatı (Qarabağ otağı) (3+) 16:00-17:00 "Məlikməmmədin nağılı" kukla tamaşası (Azərb. dilində) (Kinozal) - 3 AZN 16:00-17:00 Ustad dərslər (Konfrans zalı) 11:00-17:00 Azərbaycanda akkreditasiya olunmuş bəzi səfirliklərin iştirakı ilə onlara məxsus milli şirniyyatların satış-yarmarkası. (Foye)

11:00-17:00 Uşaq şöbəsinin hazırladığı yeni il oyuncuqlarının satışı,

"Gülsam" İctimai Birliyinin satış-yarmarkası (Foye)

11:00-17:00 Xovsuz xalçanın - şəddənin toxunması (I mərtəbə) -ödənişsiz

Azərbaycan Milli Xalça Muzeyinin