Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı


Digərləri 04 Dek 2019 22:01:06 110 0

Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda bıçaqlanma hadisəsi olub. Trend-in məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib. Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.