Tramp Kanadanın Baş Nazirini ikiüzlü adlandırıb


Dünya 04 Dek 2019 21:20:00 127 0

Tramp Kanadanın Baş Nazirini ikiüzlü adlandırıb

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş Naziri Castin Trüdonu ikiüzlü adlandırıb.

Son.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Londonda NATO-nun 70 illiyinə həsr olunmuş sammit çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Prezidenti bir gün əvvəl Londonda NATO-ya üzv ölkələrin liderlərinin şərəfinə təşkil olunmuş ziyafətdə Kanadanın Baş Naziri Castin Trüdonun Donald Trampın ikitərəfli görüşlərdə hərəkətləri barədə etdiyi dedi-qodunu göstərən videoya münasibət bildirib.

O qeyd edib ki, Kanada Baş Naziri ikiüzlüdür.