Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub


Dünya 04 Dek 2019 21:25:00 157 0

Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkənin Xüsusi İstintaq Komitəsi S.Sarkisyana qarşı müvafiq ittiham irəli sürüb.

Komitənin məlumatında deyilir ki, sabiq prezident 2013-cü il 25 yanvar-7 fevral tarixləri arasında dövlət büdcəsindən xərcləmə yolu ilə 1 milyon dollardan çox vəsaiti mənimsəyib.