Qızı Ramiz Əzizbəylini izləyib ağladı


Şou-biznes 04 Dek 2019 21:04:00 208 0

Qızı Ramiz Əzizbəylini izləyib ağladı

Xalq artisti Ofeliya Sənani səhhətində problem olan Ramiz Əzizbəylinin evində qonaq olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, diktor "Şou ATV" proqramı üçün aktyordan müsahibə alıb. İnsult keçirən R.Əzizbəyli bildirib ki, beyninin 70 faizi işləmir:

"Həyatda qalmağım bir möcüzə idi. İnsultdan sonra beynimin yaılnız 30 faizi işləyir. Danışa bilmirəm, dilim topuq vurur".

Daha sonra aktyorun həyat yoldaşı Zümrüd xanım isə "Onsuz bir günüm olmasın. Ona görə hər əziyyətə dözməyə hazırıq. tez-tez çağırır ki, gəlin, vəsiyyət edəcəm" sözlərini söyləyib.