“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır


Digərləri 04 Dek 2019 21:09:00 111 0

“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır

Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. Hər abonentdən 10 manat tələb edilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, qurumun əməkdaşları abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir. Həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini "Azəriqaz" İB-nin "youtube kanalındakı bu ünvanından (https://www.youtube.com/watch?v=rRJjNEbF8a4) izləyə bilərsiniz.

window._ttzi = 193; var script = document.createElement("script"); script.src = "https://adviad.com/nativevideo/get_ads.js?=" + (Math.floor(Math.random() * 100000000) + 1); script.async = true; (document.body || document.head || document.documentElement).appendChild(script); script.onload = function () { script.parentNode.removeChild(script); };