Sobanı işə salan it evi yandırdı


Dünya 04 Dek 2019 20:44:00 140 0

Sobanı işə salan it evi yandırdı

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, haski cinsindən olan it mətbəxdə mikrodalğalı sobanı təsadüfən işə salıb.

Nəticədə sobanın içində qalan kökələr tüstüləməyə başlayıb və yanğına səbəb olub.

Ev sahibi yanğın barədə smartfona quraşdırılan proqram sayəsində xəbər tutub.