BMTdən İsraillə bağlı qətnamə: Qolanı tərk edin


Dünya 04 Dek 2019 20:49:00 125 0

BMTdən İsraillə bağlı qətnamə: Qolanı tərk edin

BMT Baş Assambleyası İsrailin işğal edilmiş Qolan yüksəkliklərini tərk etməsi tələbi ilə qətnamə qəbul edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sənədin lehinə 91, əleyhinə doqquz dövlət səs verib, 65 dövlət bitərəf qalıb.

Sənədlə Təl-Əviv Suriyanın Qolan yüksəkliklərindən 4 iyun 1967-ci ildə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə təsdiq edilmiş xəttə qədər çəkilməsinə çağırış edilib.