Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb (ÖZƏL)


Digərləri 04 Dek 2019 20:39:00 111 0

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb (ÖZƏL)

Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artraraq ən yüksək həddə çatıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı artraraq ən yüksək həddə çatıb. Trend-in məlumatına görə, ölkədə ümumi doğuşların sayının azalmasına baxmayaraq, ötən müddətdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən anaların sayı artıb. 2005-ci ildə ölkədə hər 100 doğuşun 5,3-ü qeysəriyyə əməliyyatı ilə həyata keçirilirdisə, 2014-cü ildə doğuşların 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i, 2018-ci ildə 36,1-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub. 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i, 2017-ci ildə 142 710 doğuşun 47 760-ı, 2018-ci ildə 137 528 doğuşun 49 648-i qeysəriyyə əməliyyatı ilə olub. Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi əvvəl keçirilən əməliyyatdakı çapıqdır.