Azərbaycanlı ailə Rusiyada adam oğurladı


Kriminal 04 Dek 2019 20:34:00 149 0

Azərbaycanlı ailə Rusiyada adam oğurladı

Rusiyanın Tümen vilayətində azərbaycanlı ailə 19 yaşlı taciki oğurlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onlar çərəz ticarəti ilə məşğul olan oğlandan pul tələb edərək, bir neçə gün onu qapalı yerdə saxlayıblar.

İstintaq İdarəsindən verilən məlumata görə, onlar 54 yaşlı azərbaycanlı, onun 27 və 22 yaşlı iki oğlu olub.

Ailənin başçısı çərəz almaq adı ilə tacikə yaxınlaşıb və onu çərəzlərlə birgə avtomobilə qoyub, yaşayış yerinə gətirib.

Qardaşlar isə ona hücum edərək əl-ayağını bağlayıb, azadlığı üçün əvvəl 2 milyon rubl (53 min AZN), daha sonra isə 500 min rubl (13,250 AZN) pul tələb ediblər.

Sonradan qurbanlarına yemək vermək üçün əl-ayağını açdıqda o fürsətdən istifadə edərək ayaqyalın, yarıçılpaq vəziyyətdə oradan qaçıb.