Mingəçevirdə 35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü


Digərləri 04 Dek 2019 20:00:00 101 0

Mingəçevirdə 35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü

Mingəçevirdə qadın dərmandan zəhərlənib.

Bakı. Samir Əli - Mingəçevirdə qadın dərmandan zəhərlənib. Trend-in məlumatına görə, hadisə Mingəçevir şəhəri, ev 11a, mənzil 27-də baş verib. Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Əliyeva Ülviyyə Göygöz qızı uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən evində dərman qəbul edib. Ü.Əliyeva "lamiktal" həbi atdıqdan sonra dərman zəhərlənmə verib. Anası Həqiqət Dadaşova Ü.Əliyevanı evində huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadası çağırıb.