Əbülfəs Qarayev bir sıra ölkələrin səfirləri ilə görüşüb (FOTO)


Digərləri 04 Dek 2019 19:47:00 43 0

Əbülfəs Qarayev bir sıra ölkələrin səfirləri ilə görüşüb (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirlərini qəbul edib.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirlərini qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğuladı. Əbülfəs Qarayev Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğumuzu bildirdi. Səfir Dainis Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi və birgə həyata keçiriləcək layihələrdə əməkdaşlığa hazır olduğunu qeyd etdi. Mədəniyyət naziri Əbülfəs Qarayevin İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, birgə film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi, həmçinin həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparıldı. Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına təsir etdiyini diqqətə çatdırdı. İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirdi, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirdi. Daha sonra naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananini qəbul etdi. Azərbaycanla İndoneziya arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edən nazir bu sahədə daha geniş imkanların olduğunu bildirdi. Səmimi qəbula görə minnətdarlığını bildirən diplomat ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, mədəniyyət sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması əhəmiyyət kəsb edir. Səfir yaxın gələcəkdə İndoneziyada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında eyniadlı filmin ərsəyə gətirildiyini və geniş ictimaiyyətə çatdırılması istiqamətində hazırlıqların getdiyini söylədi. Sonda nazir Əbülfəs Qarayev qonaqlara uğurlar arzuladı və filmin işıqlandırılması ilə bağlı nazirlik tərəfindən dəstək verilməsinə hazır olduqlarını bildirdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək like
  • 04 Dek 19:44  
Digərləri Yeni il bayramında Azərbaycana daha çox bu ölkələrdən turist gələcək

"Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə,

arrow Ətraflı
Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib - QƏRAR like
  • 04 Dek 19:41  
İqtisadiyyat Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib - QƏRAR

Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib

arrow Ətraflı
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı (FOTO) like
  • 04 Dek 19:41  
Digərləri Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı (FOTO)

Azercell Ericsson şirkəti ilə Azərbaycanda 5G-nin inkişafını sürətlənd

arrow Ətraflı
İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb like
  • 04 Dek 19:39  
Dünya İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb

İran Prezidenti Həsən Ruhani benzinin qiymətinin artmasından sonra dinc ş

arrow Ətraflı
Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub like
  • 04 Dek 19:35  
Digərləri Serj Sarkisyan iri məbləğdə pul mənimsəməkdə ittiham olunub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iri məbləğdə pul mənimsəmə

arrow Ətraflı
Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq like
  • 04 Dek 19:34  
Digərləri Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq

2020-ci ildə Xınalıqda və digər vacib turizm məkanlarında müxtəlif inş

arrow Ətraflı
Ərdoğan və Tramp Londonda görüşüblər like
  • 04 Dek 19:29  
Dünya Ərdoğan və Tramp Londonda görüşüblər

Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donal

arrow Ətraflı
Əlahiddə Ümumqoşun Orduda silahlanmaya mühəndis texnikaları daxil edilib like
  • 04 Dek 19:22  
Siyasət Əlahiddə Ümumqoşun Orduda silahlanmaya mühəndis texnikaları daxil edilib

Əlahiddə Ümumqoşun Orduda silahlanmaya mühəndis texnikaları daxil edilib

arrow Ətraflı
“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO) like
  • 04 Dek 19:20  
Digərləri “UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq (FOTO)

“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) mara

arrow Ətraflı
Nazilə arıqlayıb BELƏ OLDU like
  • 04 Dek 19:19  
Şou-biznes Nazilə arıqlayıb BELƏ OLDU

Şairə Nazilə Səfərli son zamanlar xeyli çəki atıb.

arrow Ətraflı
Sərhəddən 16 min manatlıq qızıl keçirən azərbaycanlı eyni məbləğdə cərimə edildi like
  • 04 Dek 19:14  
Digərləri Sərhəddən 16 min manatlıq qızıl keçirən azərbaycanlı eyni məbləğdə cərimə edildi

Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Departamentinin əməkdaşları "Q

arrow Ətraflı
Azərbaycanda ilk dəfə dövlətlərarası memorandum elektron imza ilə imzalanıb like
  • 04 Dek 19:13  
Digərləri Azərbaycanda ilk dəfə dövlətlərarası memorandum elektron imza ilə imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublik

arrow Ətraflı