İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb


Dünya 04 Dek 2019 19:39:00 118 0

İran Prezidenti dinc aksiyaçıları azad etməyə çağırıb

İran Prezidenti Həsən Ruhani benzinin qiymətinin artmasından sonra dinc şəkildə etirazını bildirərkən saxlanılan vətəndaşları azad etməyə çağırıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti televiziyada çıxışında bildirib.

O qeyd edib ki, dinc şəkildə etiraz edərkən saxlanılan, silahsız olan şəxslərə mərhəmət göstərilməli və onlar azadlığa buraxılmalıdırlar.