Sərhəddən 16 min manatlıq qızıl keçirən azərbaycanlı eyni məbləğdə cərimə edildi


Digərləri 04 Dek 2019 19:14:00 137 0

Sərhəddən 16 min manatlıq qızıl keçirən azərbaycanlı eyni məbləğdə cərimə edildi

Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Departamentinin əməkdaşları "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində qanunsuz brilyant və qızıl məmulatları qaçaqmalçılığının qarşısını alıblar.

Son.az xəbər verir ki, noyabrın 20-dən dekabrın 2-dək olan müddətdə gömrükçülər Azərbaycan vətəndaşının avtomobilinə və özünə şəxsi baxış keçirərkən ümumi dəyəri 23,1 min lari (təx.13,200 AZN) olan 254,6 qramdan çox qızıl əşyalar və 54 brilyant aşkar edilib.

Ekspertizaya əsasən, ümümilikdə qaçaqmalçılıq təxminən 28 min lari (16min AZN) hesablanıb.

Qanunu pozandan bu məbləği ödəmək tələb edilib.