Azərbaycanda ilk dəfə dövlətlərarası memorandum elektron imza ilə imzalanıb


Digərləri 04 Dek 2019 19:13:29 116 0

Azərbaycanda ilk dəfə dövlətlərarası memorandum elektron imza ilə imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalanıb.

Bakı. “Bakutel-2019” sərgisi çərçivəsində bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında dövlətlərarası memorandum elektron imza ilə imzalanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, memorandumda biznes subyektləri arasında elektron imzaların qarşılıqlı tanınması əks olunub. Sənədi Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Belarus Respublikası tərəfindən isə Rabitə və İnformasiya naziri Konstantin Şulqan imzalayıb. Qeyd edək ki, elektron imza ilə imzalanan bu e-memorandum nəinki Azərbaycan və Belarus, eləcə də MDB ölkələri arasında ilkdir. Sənədlərin elektron imzalanması Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan yerli mütəxəssislər tərəfindən hazırlanan AzDoc sənəd dövriyəsi sistemi üzərindən həyata keçirilib.