Şəbnəm Nigar Camala "eybəcərsən" yazdı


Şou-biznes 04 Dek 2019 19:04:00 297 0

Şəbnəm Nigar Camala "eybəcərsən" yazdı

Müğənni Şəbnəm Tovuzlu son zamanlar ard-arda qalmaqal yaşadığı həmkarı Nigar Camalın fotosuna tənqidi rəy yazıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı qonaq olduğu "Hər şey daxil" proqramında aparıcı Tarix Əliyevin istəyi ilə Nigarın İnstaqram-dakı paylaşımına "bu şəkildə çox eybəcər düşmüsən" şərhini yazıb. Bununla da, o, bir neçə gün bundan əvvəl N. Camalın "Şəbnəmi "blok"a atmışam" açıqlamasını yalanlayıb.

Şəbnəm bunu sübuta yetirmək üçün həmkarının rəsmi səhifəsində rəyini bildirib.