“Emmy”də münsif olan ilk türk məşhur...


Digərləri 04 Dek 2019 18:54:00 153 0

“Emmy”də münsif olan ilk türk məşhur...

Türkiyənin məşhur aktyoru Tolga Sarıtaş bu il 47-ci dəfə təşkil olunan beynəlxalq "Emmy" mükafat mərasimində münsif olub.  

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 21 ölkədən 11 kateqoriya üzrə 44 namizədin yarışdığı gecədə Tolga "ən yaxşı aktrisa" nominasiyasının seçimləri üçün jüri kürsüsündə əyləşəcək.

Qeyd edək ki, aktyor ötən il "Söz" serialındakı roluna görə sözügedən mükafat gecəsində "ən yaxşı aktyor" nominasiyasına namizəd olmuşdu.