“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır (VİDEO)


Digərləri 04 Dek 2019 18:46:27 169 0

“Azəriqaz”: Naməlum şəxs sayğac kartlarının dəyişdirilməsi adı ilə pul yığır (VİDEO)

Hər abonentdən 10 manat tələb edilir.

Bakı. Bir neçə gündür ki, Nizami rayonunun Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. Hər abonentdən 10 manat tələb edilir. Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, qurumun əməkdaşları abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir. Həmin şəxsin müşahidə kameraları ilə qeydə alınan görüntülərini “Azəriqaz” İB-nin “youtube kanalındakı bu ünvanından (https://www.youtube.com/watch?v=rRJjNEbF8a4) izləyə bilərsiniz.