Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir


Digərləri 04 Dek 2019 18:10:00 52 0

Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir

Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir.

Bakı. Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Dövlət başçısı bildirib: "Bu gün mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır. Siz bu etimadı öz işinizlə doğrultmalısınız. Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır. Ona görə, struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir. Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB like
  • 04 Dek 18:09  
Siyasət Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiy

arrow Ətraflı
“Könüllülük sərhəd tanımır!” aksiyası keçirilib like
  • 04 Dek 18:08  
Sosial “Könüllülük sərhəd tanımır!” aksiyası keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının

arrow Ətraflı
Ölkədə aparılan struktur islahatları radikalları ciddi şəkildə narahat edir like
  • 04 Dek 18:07  
Siyasət Ölkədə aparılan struktur islahatları radikalları ciddi şəkildə narahat edir

Qaragüruhçu müxalifətin özünə belə inamı qalmayıb və bu, ilk növbəd

arrow Ətraflı
Prokuror Etimad İsmayılovu qətlə yetirənlərə cəza istəyib like
  • 04 Dek 18:05  
Sosial Prokuror Etimad İsmayılovu qətlə yetirənlərə cəza istəyib

Sabiq baş prokuror və deputat İlyas İsmayılovun oğlu Etimad İsmayılovu T

arrow Ətraflı
Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər like
  • 04 Dek 18:04  
Digərləri Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər

"Hazırda Azərbaycandakı hotellər özlərinə ulduzu öz rəyləri əsas

arrow Ətraflı
İncəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə çıxış ediblər like
  • 04 Dek 18:01  
Sosial İncəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə çıxış ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi

arrow Ətraflı
“Azəriqaz” dələduzluq edən şəxslə bağlı açıqlama yayıb like
  • 04 Dek 18:00  
İqtisadiyyat “Azəriqaz” dələduzluq edən şəxslə bağlı açıqlama yayıb

​“Azəriqaz”: Nizami rayonunda naməlum şəxs smart-kart tipli sayğaclar

arrow Ətraflı
Haluk Levent Bakıda xeyriyyə konserti keçirəcək like
  • 04 Dek 17:59  
Digərləri Haluk Levent Bakıda xeyriyyə konserti keçirəcək

22 yaşlı Azərbaycan Respublikasının vətəndaşı Sura Nadirova iki övlad

arrow Ətraflı
Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib - YENİLƏNİB like
  • 04 Dek 17:58  
Siyasət Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacı

arrow Ətraflı
“Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var” like
  • 04 Dek 17:57  
Digərləri “Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var”

Milli Məclisin mətbuat xidməti spiker Oqtay Əsədovla bağlı yayılan iddia

arrow Ətraflı
Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək like
  • 04 Dek 17:54  
Digərləri Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsn

arrow Ətraflı