Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək


Digərləri 04 Dek 2019 18:11:00 68 0

Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək

Kadr islahatları davam etdiriləcək.

Bakı. Kadr islahatları davam etdiriləcək. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. Prezident İlham Əliyev bildirib: "Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir. Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz. Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Əvvəlki dövrlərdə də böyük təcrübə toplamışdır. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcəkdir. Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında işləyib, indi isə Xəzər rayonunda icra hakimiyyətinin müavini kimi işləyir. Yəni, bugünkü təyinat da mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu. Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir. Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB like
  • 04 Dek 18:09  
Siyasət Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiy

arrow Ətraflı
“Könüllülük sərhəd tanımır!” aksiyası keçirilib like
  • 04 Dek 18:08  
Sosial “Könüllülük sərhəd tanımır!” aksiyası keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının

arrow Ətraflı
Ölkədə aparılan struktur islahatları radikalları ciddi şəkildə narahat edir like
  • 04 Dek 18:07  
Siyasət Ölkədə aparılan struktur islahatları radikalları ciddi şəkildə narahat edir

Qaragüruhçu müxalifətin özünə belə inamı qalmayıb və bu, ilk növbəd

arrow Ətraflı
Prokuror Etimad İsmayılovu qətlə yetirənlərə cəza istəyib like
  • 04 Dek 18:05  
Sosial Prokuror Etimad İsmayılovu qətlə yetirənlərə cəza istəyib

Sabiq baş prokuror və deputat İlyas İsmayılovun oğlu Etimad İsmayılovu T

arrow Ətraflı
Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər like
  • 04 Dek 18:04  
Digərləri Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər

"Hazırda Azərbaycandakı hotellər özlərinə ulduzu öz rəyləri əsas

arrow Ətraflı
İncəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə çıxış ediblər like
  • 04 Dek 18:01  
Sosial İncəsənət nümayəndələri əlilliyi olan şəxslərlə bir səhnədə çıxış ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi

arrow Ətraflı
“Azəriqaz” dələduzluq edən şəxslə bağlı açıqlama yayıb like
  • 04 Dek 18:00  
İqtisadiyyat “Azəriqaz” dələduzluq edən şəxslə bağlı açıqlama yayıb

​“Azəriqaz”: Nizami rayonunda naməlum şəxs smart-kart tipli sayğaclar

arrow Ətraflı
Haluk Levent Bakıda xeyriyyə konserti keçirəcək like
  • 04 Dek 17:59  
Digərləri Haluk Levent Bakıda xeyriyyə konserti keçirəcək

22 yaşlı Azərbaycan Respublikasının vətəndaşı Sura Nadirova iki övlad

arrow Ətraflı
Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib - YENİLƏNİB like
  • 04 Dek 17:58  
Siyasət Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacı

arrow Ətraflı
“Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var” like
  • 04 Dek 17:57  
Digərləri “Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var”

Milli Məclisin mətbuat xidməti spiker Oqtay Əsədovla bağlı yayılan iddia

arrow Ətraflı
Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək like
  • 04 Dek 17:54  
Digərləri Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsn

arrow Ətraflı