“Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var”


Digərləri 04 Dek 2019 17:57:00 136 0

“Oqtay Əsədovun o adda nə qardaşı, nə də bacısı oğlu var”

Milli Məclisin mətbuat xidməti spiker Oqtay Əsədovla bağlı yayılan iddiaya münasibət bildirib. 

Son.az sözügedən açıqlamanı təqdim edir:

"Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

Yazıda bildirilir ki, guya, parlament Sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu "Araş Medical Company" MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub.