Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu


Kriminal 04 Dek 2019 17:47:00 146 0

Penitensiar Xidmətin rüşvətdə təqsirləndirilən zabitinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsində bölük komandiri olmuş Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhəkəmnin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin hökmdə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib.

Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311.2.3 (təkrar rüşvət alma) maddəsi ilə ittiham edilir.