İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”


İqtisadiyyat 04 Dek 2019 17:33:30 114 0

İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”

​İraq naziri: “OPEC+ ölkələri sazişin uzadılmasını nəzərdən keçirəcəklər”

OPEC+ ölkələri hasilatın azldılması ilə bağlı sazişin uzadılmasını nəzərdən keçirəcəklər, amma müddət hələ müzakirə olunur.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Tamir Qadban bildirib. “Mən əminəm ki, dekabrda OPEC+ ölkələri sazişin uzadılmasına razılaşacaqlar",- o qeyd edib.

Qeyd edək ki,dekabrın 6-da Vyanada OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü keçiriləcək.

2018-ci ilin dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.