Gürcüstan azərbaycanlıları Tbilisidə milli adətlərini nümayiş etdiriblər - FOTO


Dünya 04 Dek 2019 17:21:46 37 0

Gürcüstan azərbaycanlıları Tbilisidə milli adətlərini nümayiş etdiriblər - FOTO

Tbilisidə yerləşən Gənclər Sarayında “Çoxmillətli Gürcüstan” adlı tədbir keçirilib.

Tbilisidə yerləşən Gənclər Sarayında “Çoxmillətli Gürcüstan” adlı tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi tolerantlıq və millətlərarası dialoqun təşviqi olub.

Mərasimdə Gürcüstanda yaşayan milli azlıqlarla yanaşı, diaspor nümayəndələri də çıxış edərək özlərinə məxsus milli mədəniyyət, adət-ənənə, ritual və mətbəx nümunələrini təqdim ediblər.

Səhnəyə çıxan gürcü, azərbaycanlı, erməni, yəhudi, latış, abxaz, osetin, çeçen, ukrayn millətlərindən olan iştirakçılar toy adətləri və müxtəlif ritualları nümayiş etdiriblər, musiqi və mahnılar ifa ediblər.

Gürcüstanın Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə tədbirdə Azərbaycan toy ənənəsinə aid xınayaxdı mərasiminin əsas hissəsi göstərilib. Milli geyimlərdə olan yeniyetmə qızlar haxıştalar və şeirlər söyləyiblər. Birliyin üzvü aşıq Nargilə Mehtiyeva da çıxış edərək “Laylay” mahnısını ifa edib.

Tədbir çərçivəsində milli azlıq icmaları və diasporlara məxsus mətbəx, şirniyyat nümunələri, əl işləri, rəsmlər və digər maraqlı eksponatlar da sərgilənib. Azərbaycanlılara aid guşədə xalça nümunələri, milli alətlər, kəlağayı, rəsmlər, naxışlar, şəkərbura, paxlava və qoğal yer alıb.

Azərbaycanlılara xas milli adət-ənənələri, xalq mahnı və mətbəx nümunələrini Gürcüstanın Qadınlar Birliyinin üzvləri və tədbir iştirakçıları böyük maraqla qarşılayıblar.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Azərbaycanlı aktyor rus serialında like
  • 04 Dek 17:19  
Digərləri Azərbaycanlı aktyor rus serialında

Bir neçə ay öncə məşhur rusiyalı rejissor Mixail Şevçukun "Mask-E-

arrow Ətraflı
Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə) like
  • 04 Dek 17:18  
Digərləri Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə)

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1

arrow Ətraflı
Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib like
  • 04 Dek 17:16  
Sosial Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Dekabrın 5-nə manatın məzənnəsi like
  • 04 Dek 17:14  
Digərləri Dekabrın 5-nə manatın məzənnəsi

Dekabrın 5-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
İstanbulBakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanıldı  FOTO like
  • 04 Dek 17:14  
Digərləri İstanbulBakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanıldı FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət

arrow Ətraflı
Prezident yeni icra başçılarına tapşırıqlar verib like
  • 04 Dek 17:13  
Siyasət Prezident yeni icra başçılarına tapşırıqlar verib

"Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göst

arrow Ətraflı
Avropa Mərkəzi Bankı tərəfindən yoxlanılacaq bankların sayı azalıb like
  • 04 Dek 17:12  
İqtisadiyyat Avropa Mərkəzi Bankı tərəfindən yoxlanılacaq bankların sayı azalıb

2020-ci ildə Avropa Mərkəzi Bankı (ECB) tərəfindən birbaşa yoxlanılacaq

arrow Ətraflı
Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb like
  • 04 Dek 17:11  
Digərləri Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Slovakiyada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun hə

arrow Ətraflı
Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb like
  • 04 Dek 17:09  
Siyasət Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun i

arrow Ətraflı
Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib like
  • 04 Dek 17:07  
Siyasət Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiy

arrow Ətraflı
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib like
  • 04 Dek 17:07  
Siyasət Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavar

arrow Ətraflı