Prezident: “Azərbaycan tarixində cəmi 3-4 il pambıqçılıqda məhsuldarlıq 30 sentnerə yaxın və yaxud ondan çox olub”


İqtisadiyyat 04 Dek 2019 17:28:35 52 0

Prezident: “Azərbaycan tarixində cəmi 3-4 il pambıqçılıqda məhsuldarlıq 30 sentnerə yaxın və yaxud ondan çox olub”

​Prezident: “Azərbaycan tarixində cəmi 3-4 il pambıqçılıqda məhsuldarlıq 30 sentnerə yaxın və yaxud ondan çox olub”

“Hacıqabul rayonunun potensialının inkişafı üçün mənim göstərişimlə Hacıqabul Sənaye Zonası yaradılır. Bu zonanın böyük potensialı olacaq və orada xüsusi güzəşt rejimi tətbiq olunacaq. Bilirəm ki, sahibkarlar tərəfindən də bu, yüksək qiymətləndirilir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Belə təcrübə artıq var – Sumqayıtda, Neftçalada, Masallıda və Mingəçevirdə sənaye zonaları yaradılıb və yaradılır. Ona görə də, bu sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir”, - deyə o, qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir: “Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu il biz rekord göstəriciyə nail olmuşuq. Taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner olub. Hesab edirəm ki, bu, son illər ərzində ən yüksək nəticədir, daha da artacaq.

Pambıqçılıqda isə hələ ki, yığım başa çatmayıb, az qalıb, amma artıq hər hektardan 29 sentner pambıq götürmüşük. Pambıqçılar yaxşı bilirlər ki, Azərbaycan tarixində cəmi 3-4 il pambıqçılıqda məhsuldarlıq 30 sentnerə yaxın və yaxud ondan çox olub. Onlardan biri də 2019-cu ildir. Ona görə də, kənd təsərrüfatı, bu xüsusilə Hacıqabul rayonuna aiddir, inkişaf etməlidir”.

Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib like
  • 04 Dek 17:25  
Siyasət Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Birləşmiş

arrow Ətraflı
İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı like
  • 04 Dek 17:23  
Digərləri İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

arrow Ətraflı
Gürcüstan azərbaycanlıları Tbilisidə milli adətlərini nümayiş etdiriblər - FOTO like
  • 04 Dek 17:21  
Dünya Gürcüstan azərbaycanlıları Tbilisidə milli adətlərini nümayiş etdiriblər - FOTO

Tbilisidə yerləşən Gənclər Sarayında “Çoxmillətli Gürcüstan” adl

arrow Ətraflı
Azərbaycanlı aktyor rus serialında like
  • 04 Dek 17:19  
Digərləri Azərbaycanlı aktyor rus serialında

Bir neçə ay öncə məşhur rusiyalı rejissor Mixail Şevçukun "Mask-E-

arrow Ətraflı
Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə) like
  • 04 Dek 17:18  
Digərləri Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə)

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1

arrow Ətraflı
Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib like
  • 04 Dek 17:16  
Sosial Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Dekabrın 5-nə manatın məzənnəsi like
  • 04 Dek 17:14  
Digərləri Dekabrın 5-nə manatın məzənnəsi

Dekabrın 5-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
İstanbulBakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanıldı  FOTO like
  • 04 Dek 17:14  
Digərləri İstanbulBakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanıldı FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət

arrow Ətraflı
Prezident yeni icra başçılarına tapşırıqlar verib like
  • 04 Dek 17:13  
Siyasət Prezident yeni icra başçılarına tapşırıqlar verib

"Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göst

arrow Ətraflı
Avropa Mərkəzi Bankı tərəfindən yoxlanılacaq bankların sayı azalıb like
  • 04 Dek 17:12  
İqtisadiyyat Avropa Mərkəzi Bankı tərəfindən yoxlanılacaq bankların sayı azalıb

2020-ci ildə Avropa Mərkəzi Bankı (ECB) tərəfindən birbaşa yoxlanılacaq

arrow Ətraflı
Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb like
  • 04 Dek 17:11  
Digərləri Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Slovakiyada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun hə

arrow Ətraflı
Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb like
  • 04 Dek 17:09  
Siyasət Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun i

arrow Ətraflı