İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı


Digərləri 04 Dek 2019 17:23:00 119 0

İt mikrodalğalı sobanı işə saldı - Evi yandırdı

Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub.

Bakı. Böyük Britaniyanın Esseks qraflığında it evdə yanğına səbəb olub. Trend-in məlumatına görə, haski cinsindən olan it mətbəxdə mikrodalğalı sobanı təsadüfən işə salıb. Nəticədə sobanın içində qalan kökələr tüstüləməyə başlayıb və yanğına səbəb olub. Ev sahibi yanğın barədə smartfona quraşdırılan proqram sayəsində xəbər tutub.