Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib


Sosial 04 Dek 2019 17:16:13 158 0

Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)sədriŞeyxülislam Allahşükür PaşazadəninNaxçıvan Muxtar Respublikasına səfəri davam edir.

"Report" xəbər verir ki, səfər çərçivəsində QMİ sədriOrdubad rayonunun Dırnıs kəndində"Allahşükür" məscidinin açılışında iştirak edib.

Qeyd edək ki,Şeyxulislam Allahşükür Paşazadə anadan olmasının 70, Şeyxülislam kimi fəaliyyətə başlamasının 40 illiyinin qeyd edilməsi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gedib.Hacı Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan MR Ali Məcisinin sədri Vasif Talıbov tərəfindən "Araz" dövlət qəbul evində qarşılanaraq qəbul ediliblər. Rəsmi hissə "Qurani-Kərim"in tilavətilə başlayıb.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Hacı Allahşükür Paşazadəni Naxçıvanın 90 illiyi münasibətilə təsis edilmiş Qızıl Medalla təltif edib.

Hacı Allahşükür Paşazdəni Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, Milli Məclisin deputatlarıvə ölkənin tanınmış elm, din xadimləri müşayiət edir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək