Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə)


Digərləri 04 Dek 2019 17:18:00 65 0

Unibank daxili innovasiyalara dəstək vermək məqsədi ilə 1 milyon dollar vəsait ayırır (Müsahibə)

Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində büdcə ayırır.

Bakı. Unibank daxili ideyalara, təkliflərə və onların təcrübədə tətbiqinə 1 milyon dollar ekvivalentində büdcə ayırır. İnnovasiya layihələrinin tətbiqi nəticəsində birinci ildə əldə olunan gəlirin 50%-i ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək. Bu, Bankın idarəetmə sisteminin transformasiyası proqramının daha bir komponentidir. Təşəbbüs haqqında sualları “Unibank” KB İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb. Faiq müəllim, Unibank hər zaman ilkləri ilə seçilib. İstər innovativlik, istərsə də yeni məhsulların bazara təqdim edilməsi baxımından davamlı yeniliklər olur. Hal-hazırda ölkənin bank bazarı üçün yeni olan daha bir layihəni təqdim etməyə hazırlaşırsınız. Bu layihənin özəlliyi nədir? Bankın idarəetmə sistemlərinin strateji inkişafı çərçivəsində, xüsusi təşviq mexanizminin yaradılması ilə daxili innovasiyaların stimullaşdırılması prosesinə başladıq. Daxili innovasiyalara dəstək məqsədi ilə 1 milyon dollar ekvivalentində maliyyə vəsaiti ayrıldı. Biz fəxrlə deyə bilərik ki, həyata keçirməyi hədəflədiyimiz layihə Azərbaycan bank sektorunda innovasiya sahəsinə ayrılan ilk böyük maliyyə büdcəli bir layihədir. Layihə haqda bir qədər ətraflı məlumat verə bilərsiniz? Kifayət qədər böyük büdcəyə malik bu layihə çərçivəsində vəsaitlərin hansı məqsədlərə və istiqamətlərə yönəldilməsi nəzərdə tutulur? Məqsəd bankın IT, biznes və ya idarəetmə sisteminin inkişafını, məhsul və xidmətlərin səmərəliliyinin artırılmasını nəzərdə tutan ideyaları ortaya çıxarmaqdır. Təklif olunan layihələrə Bankın hər hansı bir istiqamətdə xərclərini azaltmağı nəzərdə tutan səmərələşdirici təklifləri də aid etmək olar. Əsas - təqdim olunan innovasiya layihələrinin tətbiqi nəticəsində maliyyə səmərəsinin olmasıdır. Prosesin gedişatı çox sadədir: İdarə Heyətinin qərarı müsbət olduqda, səmərələşdirici təklifin/yeni məhsulun müəllifinə bu layihənin tətbiqi üçün razılıq verilir və onun maliyyələşdirilməsi aparılır. Layihə müəllifi birbaşa icra prosesinin içində olur və layihənin nəticələrinin alınmasının qarantı kimi çıxış edir. Layihələr qısa müddətli və yaxud uzun müddətli ola bilər. Layihələrin maksimal icra müddəti 5 ildir. İnnovasiya təklifinin və ya yeni məhsulun biznes planının nümunə forması da artıq təsdiqlənib. Sonda layihənin tətbiqinin nəticəsi qiymətləndiriləcək və birinci il ərzində əldə olunan maliyyə göstəricisinin 50%-i bu ideyanı irəli sürən müəllifə (və ya müəlliflərə) ödəniləcək.
Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib like
  • 04 Dek 17:16  
Sosial Şeyxülislam Ordubadda "Allahşükür" məscidinin açılışında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Dekabrın 5-nə manatın məzənnəsi like
  • 04 Dek 17:14  
Digərləri Dekabrın 5-nə manatın məzənnəsi

Dekabrın 5-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
İstanbulBakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanıldı  FOTO like
  • 04 Dek 17:14  
Digərləri İstanbulBakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanıldı FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət

arrow Ətraflı
Prezident yeni icra başçılarına tapşırıqlar verib like
  • 04 Dek 17:13  
Siyasət Prezident yeni icra başçılarına tapşırıqlar verib

"Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göst

arrow Ətraflı
Avropa Mərkəzi Bankı tərəfindən yoxlanılacaq bankların sayı azalıb like
  • 04 Dek 17:12  
İqtisadiyyat Avropa Mərkəzi Bankı tərəfindən yoxlanılacaq bankların sayı azalıb

2020-ci ildə Avropa Mərkəzi Bankı (ECB) tərəfindən birbaşa yoxlanılacaq

arrow Ətraflı
Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb like
  • 04 Dek 17:11  
Digərləri Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Slovakiyada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT Minsk qrupunun hə

arrow Ətraflı
Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb like
  • 04 Dek 17:09  
Siyasət Konstitusiya Məhkəməsinin mətbuat xidməti Plenum iclası barədə məlumat yayıb

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun i

arrow Ətraflı
Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib like
  • 04 Dek 17:07  
Siyasət Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiy

arrow Ətraflı
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib like
  • 04 Dek 17:07  
Siyasət Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavar

arrow Ətraflı
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib like
  • 04 Dek 17:04  
Digərləri Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavar

arrow Ətraflı
Təmas xəttində monitorinq keçirildi like
  • 04 Dek 17:03  
Siyasət Təmas xəttində monitorinq keçirildi

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib like
  • 04 Dek 17:02  
Siyasət Azərbaycan Prezidenti Tailand Kralını təbrik edib

Prezident İlham Əliyev&Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavar

arrow Ətraflı
Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək like
  • 04 Dek 17:02  
Siyasət Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbayca

arrow Ətraflı