Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək
Siyasət 04 Dek 2019 17:02:00 50 0
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Səfir: "Heydər Əliyev şəxsiyyəti hərtərəfli öyrənilməli olan insandır"
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur.
Milli Azərbaycan Tarixi Muzeyi mühüm mədəni-maarif və elmi tədqiqat mərkəzi kimi yarandığı vaxtdan etibarən uğurlu inkişaf yolu keçmişdir. Respublikanın bu ilk ən böyük muzeyinin Azərbaycan xalqının qədim zamanlardan müasir dövrə qədərki tarixinin bütün mərhələlərini əks etdirən mədəniyyət nümunələrinin toplanılması, qorunması, nəşri, ekspozisiya və sərgilərdə nümayişi sahəsində diqqətəlayiq xidmətləri vardır. Bakının memarlıq baxımından qiymətli tikililərindən sayılan binada yerləşmiş Muzeyin tarixi-mədəni irsimizin misilsiz yadigarlarının mühafizə olunduğu zəngin elmi fondlarında hazırda üç yüz mindən artıq eksponat saxlanılır. Muzey əməkdaşları tarix, muzeyşünaslıq və numizmatika istiqamətlərində araşdırmalar aparmaqla yanaşı, arxeoloji qazıntılar nəticəsində Azərbaycan tarixinə dair bir sıra abidələr üzə çıxarmış və əsaslı tədqiq etmişlər. Muzey çoxşaxəli fəaliyyətini bu gün də tarix elminin yeni nailiyyətləri və muzeyşünaslığın dünya təcrübəsi ilə təsdiq olunmuş prinsipləri zəminində müvəffəqiyyətlə davam etdirir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Azərbaycan Prezidenti İlham ƏliyevAzərbaycan Milli Elmlər Akademiyası Mill

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbayca

“Kadr islahatları davam etdiriləcək”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsini

Rusiya Berlindəki səfirliyinin&iki əməkdaşının "persona non qrata" elan e

Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun i

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin “Facebook” səh

Müğənni Pərvin Lətifov 2 il əvvəl dünyasını dəyişən 6 yaşlı qız

Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran

NEQSOL Holdinq Vodafone Ukrayna şirkətinin alışının yekunlaşmasını elan

İlham Əliyev: “11 ayda vergi və gömrük orqanları büdcəyə 934 milyo

2020-ci ildə Xınalıqda və digər vacib turizm məkanlarında müxtəlif inş

Efirlərdən uzaqlaşan cazibədar aparıcı Zemfira Adıgözəlova yeni paylaş

Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdı

"Özünü Azərbaycanlı sayan, Azərbaycan SSR-in və Müstəqil Azərbaycan re
