Prezident İlham Əliyev Tailand Kralını təbrik edib


Digərləri 04 Dek 2019 17:04:04 107 0

Prezident İlham Əliyev Tailand Kralını təbrik edib

Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Tailandın Kralı Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin