Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq


Digərləri 04 Dek 2019 16:42:00 120 0

Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq

2020-ci ildə Xınalıqda və digər vacib turizm məkanlarında müxtəlif inşaat layihələrinin də icrasına başlamaq fikrindəyik.

Bakı. İlhamə İsabalayeva - 2020-ci ildə Xınalıqda və digər vacib turizm məkanlarında müxtəlif inşaat layihələrinin də icrasına başlamaq fikrindəyik. Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq. F.Zenqstşmit qeyd edib ki, turizmin təcrübəsi, məhsulun inkişafı və irs olan resurslardan istifadə çox vacibdir: