Turizm Bürosu: Azərbaycan çinli turistləri qəbul etməyə yetərincə hazır deyil


Digərləri 04 Dek 2019 16:17:00 141 0

Turizm Bürosu: Azərbaycan çinli turistləri qəbul etməyə yetərincə hazır deyil

"Azərbaycan Çindən turist kütləsini qəbul etmək üçün yetərincə hazır deyil".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Çin turistlərinin Azərbaycana axınını təmin etmək üçün müəyyən işlər görülməlidir.

F.Zenqstşmit əlavə edib ki, 2020-ci ildə Çindən Azərbaycana yeni hava xətləri açılacaq. Bu da Azərbaycanın turizm potensialının həcmini artırmağa kömək edəcək: