İcma: Lavrovun bəyanatı Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatlarının ruhuna uyğundur


Digərləri 04 Dek 2019 16:07:00 102 0

İcma: Lavrovun bəyanatı Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatlarının ruhuna uyğundur

Rusiya xarici işlər naziri Serqey Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur.

Bakı. Rusiya xarici işlər naziri Serqey Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Trend-ə verilən məlumata görə, bu barədə icmanın bəyanatında deyilir. Bəyanatda bildirilir: "Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olmuşdur. Rusiya xarici işlər naziri xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların bərpa olunmasının əhəmiyyətini qeyd etmiş, bunun çox perespektivli mövzu olduğunu bildirmişdir. S.Lavrov həmçinin Dağlıq Qarabağın bütün əhalisinin istənilən halda gələcəkdə necə yaşayacaqlarını birgə müəyyən edəcəklərinin önəmini vurğulamışdır. S.Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur. Bizim əvvəlki bəyanatlarımızda dəfələrlə bildirildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhəDdlərinin bərpa edilməsindən sonra, Dağlıq Qarabağ bölgəsində erməni icması ilə sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinin tərəfdarıyıq.