Göyçayda həyətə düşən bağlama ilə bağlı polisdən
Digərləri 04 Dek 2019 15:41:00 158 0
Ötən gün axşam saatlarında Göyçay rayon Yekəxana kəndində yaşayan Fazil Əsədovun həyətinə düşən bağlama ilə bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, vətəndaşın həyətinə düşən bağlama Göyçay RPŞ əməkdaşları tərəfindən götürülüb. Müəyyən olub ki cihazın hər hansısa bir təhlükəsi yoxdur.Araşdırma aparılır
Xatırladaq ki, ötən gün axşam saatlarında Göyçayın Yekəxana kəndindən yaşanan Fazil Əsədovun fərdi həyətinə bağlama düşüb.Bağlama üzərində şar olan plastik qabdan ibarət olub. Bağlamanın şara bağlı vəziyyətdə hava ilə getdiyi vaxt düşdüyü ehtimal olunur.
Bağlamanın üzərinə "Ermənilər şərərfsizdir, hər şey vətən üçün" yazıları var.
Mənbə: milli.az