Bu hotellərin reytinq balı artacaq


Digərləri 04 Dek 2019 16:04:00 166 0

Bu hotellərin reytinq balı artacaq

Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müddəalarından biri turizm reyestrinin yaradılması ilə bağlıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

Onun sözlərinə görə, turizm reyestri dedikdə elə başa düşülməməlidir ki, turizm müəssisələri bunun üçün hansısa dövlət orqanlarına müraciət edəcəklər: "Bu, qətiyyən belə olmayacaq. Turizm reyestrinin mahiyyəti onda olacaq ki, yeni fəaliyyətə başlayan mehmanxanalar haqqında məlumatlar artıq dövlət orqanlarının elektron bazalarında olacaq. Lakin bəzi məlumatlar, məsələn, otaq və yataq sayı, işçilərin təlim ehtiyacları barədə məlumatlar turizm müəssisələri tərəfindən bazaya könüllü şəkildə daxil edilə bilər".

Q.Xeyirxəbərli bildirib ki, məlumatların reyestrə daxil edilməsi mehmanxanaların özləri üçün də xeyirli olacaq: "Çünki turizm reyestrində aktiv iştirak etmənin bəzi faydaları olacaq. Turizm müəssisələrinə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu vasitəsilə bir sıra elektron xidmətlər göstəriləcək. Reyestrə daxil olanlar bu xidmətlərdən asanlıqla istifadə edə biləcəklər".