Eldar Əzizov Lökbatanda sakinlərlə görüşüb


Siyasət 04 Dek 2019 15:43:52 143 0

Eldar Əzizov Lökbatanda sakinlərlə görüşüb

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Qaradağ rayonu Lökbatan qəsəbəsində sakinlərlə görüşüb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Qaradağ rayonu Lökbatan qəsəbəsində sakinlərlə görüşüb.

“Report”u xəbərinə görə, şəhər rəhbəri çıxışında paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması “Abad məhəllə”lərin yaradılması barədə məlumat verərək paytaxt qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı dövlətbaşçısının tapşırığını xüsusi olaraq vurğulayıb.

Yüzlərlə sakinin iştirakı və ənənəvi “Açıq mikrofon” formatında keçirilən görüşdə hər bir sakin öz irad və təkliflərini deməyə imkan tapıb, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aidiyyəti qurumların rəhbərləri sakinlərin müraciət və təkliflərini üç saatdan çox vaxt ərzində ayaq üstə dinləyiblər.

Görüşdə söz alan Lökbatan sakinlərindən biri şəhər rəhbərliyinə müraciət edərək heç bir müxalifət partiyasına Lökbatanda mitinq keçirməyə icazə verilməməsini xahiş edib. O bildirib ki, Lökbatan sakinləri onsuz da bu mitinqlərə getmirlər və onlara müxalifətin fikirləri yaddır. Qəsəbə sakini təklif edib ki, mitinqləri, ümumiyyətlə, şəhərdən kənara çıxarmaq lazımdır. Lökbatan böyük bir qəsəbədir, burada həyat qaynayır və hər hansı kütləvi toplantı sakinlərənarahatçılıq yaradır.

Eldar Əzizov isə bildirib ki, Azərbaycan vətəndaşların hüquqları, o cümlədən söz və toplantı azadlıqları qorunan demokratik ölkədədir. Bu tədbirlər qanunvericilik çərçivəsində keçirilməlidir ki, aksiyalar sakinlərə narahatçılıq yaratmasın. Oqeyd edib ki, Avropa demokratiyası öz kökünü qədim Yunanıstan və Romadan götürür. Lakin qədim Romada da vətəndaşların kütləvi yığıncaq yeri olan Mars meydanı şəhər hüdudlarından kənarda idi. Şəhər rəhbərivurğulayıb ki, əhalinin bir qisminin öz hüquqlarını realizə etməsi, digərlərinin hüquqlarını pozmamalıdır: "Dünya praktikasına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi üçün şəhər hüdudlarından kənarda yer ayrılır. Lakin bununla yanaşı, Lökbatan qəsəbəsi şəhər mərkəzindən cəmi 15-20 dəqiqəlik məsafədə yerləşir. Əgər müxalifət həqiqətən də öz tərəfdarlarını toplayaraq dinc mitinq keçirmək istəyirsə, hər dəfə müxtəlif bəhanələrlə imtina etməzlər".

Eldar Əzizov həmçinin bildirib ki, şəhər rəhbərliyi icra hakimiyyətinin binası qarşısında piket keçirilməsinə icazə verdikdən sonra dərs prosesinin pozulması və mərkəzdə tıxacların yaranması ilə bağlı daxil olmuş şikayətlərin sayı, piketə gələn iştirakşıların sayından dəfələrlə çox olub: "Biz bundan nəticə çıxaradıq. Aksiyada asayiş pozuntuları və təxtibat cəhdlərinə baxmayaraq, Avropa ölkələrindəki müxtəlif aksiya və ixtişaşlar zamanı müşahidə etdiyimizdən fərqli olaraq, polis çox korrekt və səliqəli davranış nümayiş etdirib".

Görüşdə, ümumilikdə, 33 nəfər qəsəbə sakini çıxış edib. Bütün müraciət və təkliflər nəzarətə götürülüb, bir sıra problemlər yerindəcə həll edilib. Qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda Lökbatan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək