Narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldılar FOTO
Kriminal 04 Dek 2019 15:32:00 54 0
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.
Bu xəbəri də oxu: İrandan Azərbaycana 2 kqdan çox heroin gətirənin arzusu ürəyində qaldı
Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, idarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Lənkəran rayon sakini Şəyar Əskərov 3 kiloqram 255 qram qurudulmuş marixuananı 7000 manata satmaq istəyən zaman saxlanılıb. Onun İdarə etdiyi "VAZ 21074" markalı avtomobildən həmin narkotik vasitə aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Şəyar Əskərovun yaşadığı evdən əlavə olaraq 9 kiloqram 265 qram kibrit və digər qutularda qablaşdırılan qurudulmuş marixuana və 1 ədəd müvafiq sənədləri olmayan "İJ 58" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Şəyar Əskərov ifadəsində narkotik vasitələri həyətində satıb qazanc əldə etmək məqsədi ilə əkdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Abşeron rayonu Masazır qəsəbəsində yaşayan İslam Abdullayev tutulub. Onun üzərindən 10,252 qram, yaşadığı evdən isə 41,016 qram heroin, 19,316 qram psixotrop maddə metamfetamin, 52,421 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin İbrahimov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 100,627 qram qurudulmuş marixuana, 1,068 qram heroin və 1,239 qram psixortop maddə metamfetamin aşkar edilib.
“Qoy, bizimlə intihar versiyasını müzakirə etməyə cəhd göstərməsinl

Çevriliş cəhdi gecəsi "15 iyul şəhidlər körpüsü"ndə əsgər

Nazirlər Kabineti (NK) Aparatının şöbələrinə yeni müdir təyin edilib.

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Kənd təsərrüfatı

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsn

ABŞ-ın "United Airlines" aviaşirkəti ilk uzun məsafəli təxminən 7 mlrd d

Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbəd

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

Prezident İlham Əliyev V.V.Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin

Prezident İlham Əliyev Vüqar Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətin

Azərbaycan Prezident İlham Əliyev&Vüqar Vahid oğlu Novruzov Naftalan Şəh

Niderlandın beynəlxalq audit şirkəti "KPMG" və Avstraliyanın "H2 Ventures"

Prezident İlham Əliyev Ə.K.Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin

Prezident İlham Əliyev Rüstəm Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyəti

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçıs
