Azərbaycanda hotellərlə bağlı yeni tələblər olacaq
Digərləri 04 Dek 2019 14:55:00 129 0
Azərbaycanda ilk dəfə hotellər üçün minimal nömrə tələbi qoyulacaq.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.
Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
DTA rəsmisinin sözlərinə görə, mehmanxana açmaq istəyən hər bir sahibkar bilməlidir ki, burada ən azı 11 yer olmalıdır. Əks halda həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək.
Qanun layihəsindəki digər yenilik qonaqların qeydiyyatı ilə bağlıdır.
Mənbə: milli.az