Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var


Dünya 04 Dek 2019 14:17:28 112 0

Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var

Hindistanda polis nəfəri həmkarlarını atəşə tutub, ölənlər var

Hindistanın orta bölgəsindəki Çattisqarh ştatının Narayanpur dairəsində Hindistan – Tibet Sərhəd Polis Gücü (İTBP) düşərgəsində polis nəfərinin qəflətən həmkarlarına xidməti silahından atəş açması nəticəsində 6 nəfər ölüb, 2 nəfər də yaralanıb.

“Report” NDTV-yə istinadən xəbər verir ki, ştat mərkəzi Raipur şəhərinin 350 kilometrliyində baş verən hadisə zamanı polis baş müfəttişinin bildirdiyinə görə, 5 həmkarını öldürən konstebl Məsudul Rəhman daha sonra özünü güllələyib.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, atəş açan polis ona məzuniyyət verilmədiyi üçünəsəbiləşibmiş.

Yaralananlar Raipurdakı xəstəxanaya yerləşdiriliblər.