SmartCell proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb (FOTO)


Digərləri 04 Dek 2019 14:15:58 139 0

SmartCell proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

SmartCell proqram təminatının tətbiqinə dair əməkdaşlıq memorandumu imzalanıb

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində nümayiş olunan SmartCell həllinin tətbiqinə dair Azercell mobil operatoru ilə Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq olunacaq. Memorandumu Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsəsdov və Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev imzalayıb. Məlumat üçün qeyd edək ki, SmartCell – üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həldir. Eyni zamanda üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir. Sistem, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir. SmartCell nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün aşağıdakı üstünlüklərə malikdir. Vaxta qənaət; Elektron müqavilə; Elektron imza ilə əməliyyatın aparılması; Satıcının və müştərinin şəkli (face ID) və elektron imza ilə identifikasiyası; Yalnız səlahiyyətli şəxslər tərəfindən satışın təmini; Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri mərkəzi tərəfindən nömrə satışı zamanı elektron imza sertifikatının təqdim edilməsi prosesi çox sadədir.