Konstitusiya Məhkəməsi: Yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir


Siyasət 04 Dek 2019 13:52:53 131 0

Konstitusiya Məhkəməsi: Yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir

"Yeni paament formalaşana qədər hazırki parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir".

© Report / Elchin Murad

"Yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir".

"Report" xəbər verir ki, bu barədəKonstitusiya Məhkəməsi Plenumununqərarında deyilir.

Qeyd edək ki,Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçiriləniclasındaAzərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı dekabrın 2-də Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılıb.

Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.