Dövlət reyestrinə özü haqqında daha çox məlumat verən hotellərin reytinq balı artacaq


Digərləri 04 Dek 2019 13:50:00 118 0

Dövlət reyestrinə özü haqqında daha çox məlumat verən hotellərin reytinq balı artacaq

Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müddəalarından biri turizm reyestrinin yaradılması ilə bağlıdır.

Bakı. İlhamə İsabalayeva - Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müddəalarından biri turizm reyestrinin yaradılması ilə bağlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib. Onun sözlərinə görə, turizm reyestri dedikdə elə başa düşülməməlidir ki, turizm müəssisələri bunun üçün hansısa dövlət orqanlarına müraciət edəcəklər: "Bu, qətiyyən belə olmayacaq. Turizm reyestrinin mahiyyəti onda olacaq ki, yeni fəaliyyətə başlayan mehmanxanalar haqqında məlumatlar artıq dövlət orqanlarının elektron bazalarında olacaq. Lakin bəzi məlumatlar, məsələn, otaq və yataq sayı, işçilərin təlim ehtiyacları barədə məlumatlar turizm müəssisələri tərəfindən bazaya könüllü şəkildə daxil edilə bilər".