Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib


Siyasət 04 Dek 2019 13:43:43 128 0

Müdafiə Nazirliyi Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirib

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində&Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumata aydınlıq gətirib.

Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrindəGöyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki,atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.

"Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur", - deyə sorğuda qeyd olunub.