Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb


Digərləri 04 Dek 2019 13:47:00 128 0

Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

Azərbaycana bu ilin yanvar-noyabr aylarında gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 900 mini keçib:

"Bu, ötən illə müqayisədə 11,1 faiz artım deməkdir. İlk beşlikdə ənənəvi olaraq, Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Demək olar ki, bütün bazarlarda artım davam edir. Avropa, Mərkəzi-Cənubi Asiya istiqamətindən, Yaxın Şərq ölkələrindən gələn xarici vətəndaşların sayında azalma var. Amma ümumi mənzərədən müsbət tendensiya davam edir".