Müdafiə Nazirliyi: Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir


Digərləri 04 Dek 2019 13:45:00 110 0

Müdafiə Nazirliyi: Göyçayda tapılan qazla dolu şar təhlükəsizdir

Müdafiə Nazirliyi Göyçay rayonunda vətəndaşa məxsus həyətdə aşkarlanan qazla dolu şarla bağlı məsələyə münasibət bildirib.

Bakı. Samir Əli - Müdafiə Nazirliyi Göyçay rayonunda vətəndaşa məxsus həyətdə aşkarlanan qazla dolu şarla bağlı məsələyə münasibət bildirib. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilir ki, həmin şarın heç bir təhlükəsi yoxdur: "Bəzi yerli elektron KİV-də Göyçay rayonunda evlərdən birinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlamanın düşməsi barədə məlumat yayılıb. Bildiririk ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir.